Qalaktikada Günəşdən 100 min dəfə böyük "QARA DƏLİK" aşkarlandı
6-09-2017, 16:08

Samanyolu qalaktikasına yaxın bir hissədə, zəhərli qaz buludlarının arxasında qalan və Günəşin həcmindən 100 min dəfə böyük olduğu düşünülən böyük "qara dəlik" aşkarlanıb.
Publika.az xəbər verir ki, qara dəliyin kəşfi təsdiq olunduğu təqdirdə o, qalaktikanın tam mərkəzində yerləşən "Sagittarius A" kimi tanınan "super qara dəlikdən" sonra bu günə qədər məlum olan ən böyük ikinci qara dəlik kimi tarixə düşə bilər.
Yaponiyalı astroloqlar bunu Çilidə, Atakama çölündə yerləşdirilən "Alma" teleskopu vasitəsilə aşkarlayıblar. Onlar içindəki hidrogen sianid və karbon turşusu ilə dolu olan qaz buludunun digər buludlardan fərqli olaraq sürətlə hərəkət etdiyini görüb.
Çilidə yerləşən teleskop vasitəsilə aparılan müşahidələr nəticəsində "qara dəliyin" Samanyolu qalaktikasının mərkəzinən 200 ışıy yolu uzaqlıqda yerləşdiyi məlum olub. Onun eni 1.4 trilyon kilometrə yaxındır.
Elmə məlum olan ən az 60 qara dəlik mövcuddur
Tokionun Keio Universitetinin astronomu Tomoharu Oka düşünür ki, təsbit edilən "qara dəliyin" üzərindəki qaz buludundan gələn radio dalğalar bu istiqamətdəki şübhələri daha da artırır. Onun sözlərinə görə, Samanyolu qalaktikasında bu kiçik qara dəliklərdən ən az 60 dənə var.
Bir qrup mütəxəssis isə Samanyolu qalaktikası da daxil olmaqla digər böyük qalaktikaların mərkəzində də daha böyük və təhlükəli qara dəliklərin varlığını inkar etmir. Nəzəriyyələrə görə, kiçik həcmli qara dəliklər birləşərək daha böyük radio dalğalar ötürən böyük dəlikləri formalaşdırır.
"Nature Academy" dərgisində bu barədə geniş məlumat çap olunub.