Texasda əli qandallı qadın polislərin əhatəsində olan maşını qaçırıb - VİDEO

7-09-2017, 08:33           
Texasda əli qandallı qadın polislərin əhatəsində olan maşını qaçırıb -  VİDEO
ABŞ-ın Texas ştatında əlləri qandalda olan qadın polislərin əhatəsində ikən asayiş keşikçilərinin maşınını qaçırıb.
"Report" "Breaking911" nəşrinə istinadən xəbər verir ki, insident avqustun 2-də baş verib və kameralar vasitəsi ilə müxtəlif rakurslardan lentə alınıb.
Məlumata görə, polis şübhəli qadını saxlayaraq avtomobilə əyləşdirib və maşının qapısını bağlayıb. Kadrlardan görünür ki, qız əli qandalda polislərin əhatəsində olan maşının içərisində oturub. Lakin cani macal tapan kimi qandalları necəsə açır və sükan arxasına keçir. Ardınca baş verənlər polis kameraları və maşında olan videoregistrator vasitəsi ilə qeydə alınıb.
Qadın maşını saatda 160 km sürətlə sürür. Hansısa məqamda o idarəetməni itirir və yol kənarına çıxır. Burada qadın onu təqib edən polislər tərəfindən yaxalanır.
Saxlanılan şəxsin sonrakı aqibəti məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru