İSTANBULDAKI ÇEÇEN CINAYƏTININ TƏFƏRRÜATLAR... İstanbuldakı çeçen cinayətinin təfərrüatları ortaya çıxdı: FOTOLAR

7-09-2017, 19:09           

İstanbuldakı çeçen cinayətinin təfərrüatları hazırlanan iddianamədə yer alıb.

PRESSDAY.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, çeçen komandir Abdulvahid Edelgirievin xəncərlə öldürülməsində tutulan Rusiya agentləri Iurii Anisimov, Aleksandr Smirnov ilə aradan çıxmağa macal tapan Aleksandr Nasyrov qabaqcıl komandada yer alaraq kəşf və logistika işlərini həll etdi.

İstanbulda 2016-cı il aprelin 4-də Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul polis kəşfiyyat briqadaları, filmlərdəki kimi çox gizli bir əməliyyat keçirib. Rus əsilli, 52 yaşlı Anisimov və 55 yaşlı Smirnov saxlanılıb.

Məlumata görə, əməliyyatın adı "Xəncər” olub. Bu adın verilməsinin səbəbi isə 5 ay əvvəl, 2015-cı ilin noyabr ayında Başakşehirdə çeçen komandir Abdulvahid Edelgirievin xəncərlə öldürülməsi olub.

Edelgiriev evindən çıxarkən silahlı hücuma məruz qalıb. Onlar Edelgirievi xəncərlə qətlə yetirmişdilər.

Əməliyyatda yaxalanan rusiyalı agentlərin üzərindən saxta olduğu bildirilən İnterpol kimliyi, çox sayda Rusiyanın dövlət məmurlarına aid fotolar, USB yaddaş, nömrə və PIN/PUK məlumatları telefonlara yapışdırılmış vəziyyətdə 5 telefon, ardıcıl seriya nömrələri olan Amerika dolları çıxıb.

Həbs olunan ruslarla bağlı 2017-ci ilin fevral ayında ittihamnamə hazırlanıb. İddianamədə müttəhimlərin "Dövlətin gizli qalmış məlumatlarını siyasi və ya hərbi casusluq məqsədilə təmin etməyə təşəbbüs etmək", "Planlaşdıraraq qəsdən adam öldürməyə kömək etmək" və "Rəsmi sənəddə saxtalaşdırma" cinayətlərindən 37 il həbsləri istəyərkən cinayətə dair də maraqlı detallar yer alıb.

Cinayətdə 3 muzdlu qatil iştirak edib

İttihamnaməyə görə, Anisimov, Smirnov və haqqında yaxalama qərarı olan Aleksandr Nasirov Edelgiriev cinayətində əsas dəstə olaraq yer alıb. Dəstə yer kəşfi, əməliyyatın planlaşdırılması və logistika məsələsində də dəstək verib. Sui-qəsd planının tamamlanmasından sonra İstanbula gələn muzdlu qatillər Andrey Sholkhov, Dmitri Bodrov və Vladimir Voronin cinayəti törədib.

İddianamədə Anisimov ilə Smirnovun, agentlər Aleksandr Zharkov ilə Nadim Ayupov ilə əlaqələrinə də diqqət çəkilib. Anisimov və Smirnovun Zharkov və Ayupov ilə fərqli zamanlarda Türkiyəyə birlikdə gəldikləri də ortaya çıxıb. Zharkov ilə Ayupov 2011-ci ildə Zeytinburnuda 3 çeçenin öldürülməsinin baş aktyorlarından ikisi olub.

Addım addım cinayət

Dəstə üzvləri Smirnov, Anisimov və Nasirov 2015-ci il oktyabrın 11-də İstanbula gəlib. Komandan sərkərdə Nasirov olub. Nasirov 2 gün fasilə ağ rəngli 2 avtomobillə bir ay istifadə etmək üçün icarəyə götürüb.

Yalovaya gedən şübhəlilər avtomobilləri dayanacağa qoyub. Komanda oktyabrın 16 və 17-də Türkiyədən çıxıb.

Muzdlu qatillərdən Sholkhov və Bodrov oktyabrın 23-də, Voronin isə oktyabrın 26-da İstanbula gəlib.

Sholkhov ilə Bodrov həmin gün Başakşehirdə olan bir iqamətgahda 2 həftəliyinə ev icarəyə götürüb.

Yalovadakı avtomobillərlə muzdlu qatillər oktyabrın 27-də 29-da hadisə bölgəsinə gedərək son kəşfiyyat fəaliyyətini həyata keçirib.

Noyabrın 1-də üzü maskalı 2 nəfər maşından enərək Edelgirieve atəş açıb. Yaralanan Edelgirievi dəfələrlə bıçaqlayaraq öldürən muzdlu qatillər eyni avtomobillərlə qaçıblar.

Təcavüzkarlar Güvercintepe məhəlləsindəki Gülər küçəsində digər avtomobilə minərək izlərini itirib.

Sholkhov, Bodrov və Voronin hadisə günü Atatürk Hava Limanına gedərək İtaliyaya uçublar.

7 çeçenin öldürülməsində iştirak ediblər

Edel girie v cinayətində qabaqcıl qrupda yer alan Anisimov və Smirnov ilə muzdlu qatil Sholkhovun keçmiş illərdə İstanbulda törətdikləri cinayətlər belə sıralanıb:

Edil Sultanov cinayəti: Anisimov və Smirnov, Sholkhov ilə 2008-ci il avqustun 21-də Atatürk Hava Limanına gəliblər. Smirnov və Anisimov avqustun 28-də, Sholkhov sentyabrın 4-də ayrılıb. Dərhal sonra sentyabrın 6-da çeçen əsilli Edil Sultanov öldürülüb.

İslam Canıbekov cinayəti: Anisimov, Aleksandr Sarkovla 2008-ci il noyabrın 30-da Atatürk Hava Limanına gəlib dekabrın 2-də gediblər. 7 gün sonra, yəni dekabrən 9-da Qafqaz əmirliyi əməkdaşı İslam Canıbekov öldürülüb.

Əli Osaev cinayəti: Anisimov və Smirnov Rusiya agenti Nadim Ayupovla 2009-cu il fevralın 23-də İstanbula gəlib. Anisimov və Smirnov fevralın 24-də gediblər. 2 gün sonra, fevralın 26-da Qafqaz əmirliyi əməkdaşı Əli Osaev öldürülüb.

3 çeçenin öldürülməsi: Anisimov 2011-ci il iyulun 26-27-də, Aleksandr Zharkov iyulun 22-25-də və sentyabrın 2-5-də Türkiyəyə giriş çıxış edinlər.

Nadim Ayupov 2011-ci il iyulun 21- ilə 26-da və avqustun 31-də Türkiyəyə giriş-çıxış edib.

2011-ci il sentyabrın 16-da Zeytinburnuda 3 çeçen komandir Berk-Haz Musaevi, Rüstəm Altemirol və Zavrbek Amriev öldürülüb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.