ABŞ-da polis maşını qadının üzərinə çıxıb- VİDEO

9-09-2017, 08:47           
ABŞ-da polis maşını qadının üzərinə çıxıb- VİDEO
ABŞ-ın Nyu-Meksiko ştatında polis əməkdaşları dairədə məşhur olan avtomobil oğrusunu tutub.

"Report" "worldstarhiphop.com" portalına istinadən xəbər verir ki, iyunun 20-də baş vermiş insidentin videosu internetdə dərc olunub. Portalın məlumatına görə, polis təqib zamanı oğrunu dayanmağa məcbur edib. Ardınca avtomobildən cani ilə yanaşı onun iki qadın sərnişini aşağı endirilib. Polis qadınlardan birini qoluna qandal taxmaq üçün dərhal yerə uzadıb. Lakin bu zaman "neytral" vəziyyətdə olan polis maşını hərəkət edib və qadının üzərinə çıxıb.

Məlumata görə, asayiş keşikçiləri operativ şəkildə qızı avtomobilin altından çıxardıblar və xəstəxanaya göndəriblər. Onun ciddi zədə almadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru