BMT-nin baş katibi: "Suriyanın parçalanması riski mövcuddur"

14-09-2017, 08:18           
BMT-nin baş katibi: "Suriyanın parçalanması riski mövcuddur"
BMT-nin baş katibi Antoniu Quterriş bildirib ki, Suriyanın parçalanması riski mövcuddur.
"Report" TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Yaxın Şərq ölkəsində vəziyyətin nizamlanması üzrə siyasi həll yolu axtarmalıdır.
"Düşünürəm ki, Suriyada parçalanma riski var, bunu nəzərə almaq çox vacibdir. Suriya hələ də, beynəlxalq birlik tərəfindən daha çox diqqət tələb edir və mən ümid edirəm ki, yaxın vaxtlarda həm Astanada, həm də Cenevrədə, nəhayət ölkənin sabitləşməsinə şərait yaratmaq üçün siyasi həllə yol açacaq irəliləyişə nail olmaq mümkün olacaq", - deyə Quterriş bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru