ABŞ kəşfiyyatı son iki gün ərzində Şimali Koreyada raket komplekslərinin yerdəyişmə apardığını müşahidə edib.
Axar.az xəbər verir ki, bu barədə NBC informasiya yayıb.
“Son 48 saat ərzində Şimali Koreyanın mobil raket sistemlərini daşıdığı və raket buraxılış mövqeləri hazırladığı müşahidə edilib”, - məlumatda deyilib.
İnformasiyanı həmçinin Cənubi Koreya kəşfiyyatı da təsdiqləyib. Rəsmi Seul Pxenyanın qitələrarası ballistik raketləri ölkənin qərb sahillərinə köçürdüyünü və bəlkə də müharibəyə başlamağa hazırlaşdığını açıqlayıb.
Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq raket sınaqlarını daha intensiv şəkildə təşkil edəcəyini açıqlamışdı.