Mexikoda zəlzələ nəticəsində ölənlərin meyitlərinin axtarışları dayandırılıb

5-10-2017, 08:36           
Mexikoda zəlzələ nəticəsində ölənlərin meyitlərinin axtarışları dayandırılıb
Meksikanın paytaxtı Mexikoda sentyabrın 19-da baş vermiş zəlzələ nəticəsində ölənlərin meyitlərinin axtarışları dayandırılıb.

APA-nın məlumatına görə, bunu Meksika paytaxtının meri Anxel Mansera elan edib. O, bildirib ki, artıq itkin düşən Mexiko sakini yoxdur və meyitlərin axtarışını davam etdirməyə etdirməyə ehtiyac qalmayıb. Merin sözlərinə görə, dağıntıların toplanması işləri isə davam etdiriləcək.

Mexiko meri deyib ki, dağıntılar altından 69 nəfər sağ çıxarılıb. Onlardan 16-sı hələ xəstəxanadadır, 3 nəfərin isə vəziyyəti ağırdır.

Meksikada dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 369 nəfərə çatıb. Ölkənin mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente bildirib ki, ən çox insan itkisi paytaxt Mexikoda qeydə alınıb - 228 nəfər.

Meksika prezidenti sentyabrda baş vermiş zəlzələnin vurduğu ziyanın aradan qaldırılması üçün 37,5 milyard peso (2 milyard dollardan çox) vəsaitə ehtiyac olduğunu deyib.
[media=https://www.youtube.com/watch?v=GSEj3LlV7Vo]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.