Bəyəndiyi “tveet”ə görə vəzifəsini itirdi
5-10-2017, 15:59

Səudiyyə Ərəbistanında kraliyyət qərarnaməsini lağa qoyan tvit mayor Suzan Hajj Hobeichenin başına bəla olub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, mayor Suzan Hajj Hobeiche qadınların avtomobil idarə etməyinə icazə verən qanunu lağa qoyan tviti bəyənib. Bu bəyənmə isə onu əməlli-başlı işə salıb, belə ki, mayor işindən azad edilib.
Gulf Newsdə yer alan xəbərə görə, tvitdə ərəb dilində “Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə icazə verildiyi xəbəri əslində doğru deyil. Onların bubi tələsi ilə düzəldilmiş avtomobilləri idarə etmələrinə icazə var”, deyilirdi.
Hobeiche Livanın məşhur rejissoru Charbel Khalilin lağ mənasında yazılmış paylaşımını bəyəndikdən sonra livan xalqı tərəfindən sərt şəkildə tənqid olunub və ondan sosial şəbəkədəki hesabını bağlamağı tələb ediblər. Livanın ən çox səlahiyyətə malik olan qadın məmuru Suzan tviterdəki səhvini düzəltsə də, onun paylaşımı screen olunaraq yayılıb. Bu səbəbdən Hobeiche işini itirib.
