2013-cü ildə ölmüş yapon jurnalistin vəfatına normadan artıq iş səbəb olub

6-10-2017, 08:37           
2013-cü ildə ölmüş yapon jurnalistin vəfatına normadan artıq iş səbəb olub
Yaponiyada 4 il əvvəl dünyasını dəyişmiş jurnalist Miva Sadonun ölümünə normadan artıq işləmək nəticəsində yaranmış ürək çatışmazlığı səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "The Japan Times" nəşri yazıb. Bildirilir ki, Miva Sado Tokioda yerli NHK tele-radio şirkətində işləyib. Qadın Yaponiya və dünyada baş verən siyasi hadisələrin işıqlandırılması ilə məşğul olub. Ölümünə bir ay qalmış jurnalistin yalnız iki istirahət günü olub. Bundaan əlavə, Miva bu vaxt kəsiyində 159 saat artıq işləyib.



Miva Sado 2013-cü ildə 31 yaşında dünyasını dəyişib. Lakin onun ölümünün həqiqi səbəbini müəyyən etmək yalnız indi mümkün olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru