Erməni nazir belə öldürüləcəkmiş - Şok fakt

6-10-2017, 08:44           

Ukrayna Daxili İşlər naziri Arsen Avakova qarşı sui-qəsd planının qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Polis Təşkilatının rəis müavini Vyaçeslav Abroskin deyib.

“Şübhəli şəxsin yaşadığı yerlərdə axtarış apararkən əldə etdiyimiz maddi sübutlardan belə nəticəyə gəlinib ki, DİN rəhbəri Arsen Avakova qarşı sui-qəsd planı hazırlanıb. Cinayətkarlarda müxtəlif partlayıcı maddələr olub. Həmçinin planın həyata keçirilməsi üçün kvadrakopterdən də istifadə edilməsi nəzərdə tutulubmuş. Nazir birbaşa iqamətgahında öldürülməli idi. Bu səbəbdən təşkilatçılar xüsusi texniki vasitələrlə nazirin qaldığı ünvanları nəzarətdə saxlayırdılar”, - Abroskin bildirib.

Qeyd edək ki, saxlanılan şəxslərin bir sıra xarici diplomatik nümayədəliklərdə də təxribat törətmək istədikləri məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru