Tramp məşhur aktrisaya evlilik təklif etdi

6-10-2017, 10:01           

Bir zamanlar “uşaq üzlü gözəl” sayılan amerikalı aktrisa Bruk Şilds verilişlərdən birində maraqlı açıqlamalar edib.

teref.az Axşam.az-a istinadən xəbər verir ki, Bruk ABŞ prezidenti Donald Trampın ona evlilik təklifi etdiyini söyləyib. 52 yaşlı aktrisa 1990-cı illərin sonunda baş verən hadisəni belə nəql edib:

“Film çəkilişində idim. Donald ikinci arvadından boşanar-boşanmaz mənə zəng etdi və dedi: “Biz birlikdə olmalıyıq. Çünki sən Amerikanın ən sevimli ulduzusan, mənsə, ən zəngin adamı. İnsanlar bu münasibətə həsəd aparacaqlar”.

Şilds Trampın təklifini rədd etdiyini və ona sevgilisinin olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru