Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub

7-10-2017, 07:29           
Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub
Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 hərbçi həlak olub.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Latın Amerikası ölkəsinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, "Bell 412" vertolyotu Duranqo ştatında təlim uçuşu zamanı yerə düşüb. Onun göyərtəsində iki pilot və 6 hərbi qulluqçu olub.
Ağır xəsarətlər almış hərbçilərdən biri vertolyotun qalıqları arasından çıxarılıb və xəstəxanaya göndərilib. Digər hərbçilərin cəsədləri isə yanmış vertolyotun qalıqları altında qalıb.
Qəzanın səbəbləri hələlik müəyyənləşdirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru