ABŞ Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq silah satışını təsdiqləyib

7-10-2017, 07:39           
ABŞ Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti raket əleyhinə THAAD sistemlərinin Səudiyyə Ərəbistanına satışına razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentin bəyanatında deyilir. Məlumata əsasən, müqavilənin məbləği 15 milyard təşkil edir.

Bu ilin mayında Ər Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacağını bildiriblər. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindən sonra üçüncü yerdədir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əs Səudun 2018-ci ilin əvvəlində ABŞ-a rəsmi səfəri nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru