Asiya milyarderlərin sayına görə ABŞ-ı qabaqlayıb

27-10-2017, 08:14           
Asiya milyarderlərin sayına görə ABŞ-ı qabaqlayıb
Asiya regionu 2016-cı ildə milyarderlərin sayına görə ABŞ-ı keçib. APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə “UBS Group” maliyyə holdinqinin məlumatında bildirilir.

Məlumata görə, Asiyada milyarderlərin sayı 117 nəfər artaraq 637-ə çatıb, ABŞ-da isə bu göstərici 563 nəfər təşkil edib. Dünyada ən zəngin insanların ümumi sərvətinin həcmi il ərzində 17 faiz artaraq 6 trilyon dollara çatıb. Bununla belə, pul kütləsinin böyük hissəsinə - 2,8 trilyon dollara, əvvəlki kimi, amerikalılar nəzarət edir. Asiya üzrə isə bu göstərici 2 trln. dollar təşkil edir.

“UBS Group”un məlumatına görə, Asiyada milyarderlərin sayının artması Çində iqtisadi inkişafla bağlı olub. 2016-cı ildə milyarderlərin siyahısına keçən insanların 75 faizi Çin və Hindistandandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru