Kataloniya Madridi hədələdi:“Növbədənkənar seçki keçirməyəcəyik”

27-10-2017, 09:04           
Kataloniya Madridi hədələdi:“Növbədənkənar seçki keçirməyəcəyik”
"Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilməyəcək".

"Haberturk" xəbər verir ki, bunu Kataloniya Muxtar Vilayətinin başçısı Karlos Puçdemon bildirib.

Onun sözlərinə görə, buna səbəb İspaniya hökumətinin Kataloniyanın muxtariyyətinin ləğvi ilə bağlı qəbul etdiyi qərarı geri götürəcəyi ilə bağlı zəmanət verməməsidir. K.Puçdemon Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı qərarın parlament tərəfindən veriləcəyini də vurğulayıb.

Qeyd edək ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Vilayətinə qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru