Bərzaninin sərvəti ortaya çıxdı: Hər kəs ŞOKDA

28-10-2017, 19:42           

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin sərvəti açıqlanıb.

Publika.az xəbər verir ki, Bərzaninin ortaya çıxan sərvətinin miqdarı hər kəsi təəcübləndirib.

“Yeni Şəfəq” qəzetinə danışan İraqın kürd əsilli keçmiş məmurlarından biri Bərzaninin 55 milyard dollar sərvətinin olduğunu deyib.

Onun sözlərinə görə, Bərzani özü, oğlu, qardaşları və qardaşı övladlarından ibarət imperiya qurub.

“Muxtariyyətin Maliyyə Nazirliyi olmasına baxmayaraq, bütün pullar onun şəxsi hesabında saxlanılır. Ərbildə insanlar illərdir eyni səviyyədə yaşayır, amma aşirətin (qəbilə) varidatı getdikcə artır. Bərzaninin 55 milyard dollarlıq şəxsi sərvəti var. 2012-2015-ci il ərzində 45-dən çox neft quyusunu nəzarətinə keçirib, Habur sərhəd keçidi, “Korek Telekom”, təbii qaz və neft gəlirləri, eləcə də mərkəzi hökumətdən alınan payın hamısı onun nəzarətindədir”, - deyə keçmiş məmur vurğulayıb.

Məlumata görə, Bərzaninin Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və İngiltərə kimi ölkələrdə böyük investisiyası var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru