MAR-da silahlılar BMT sülhməramlılarına hücum ediblər: 1 ölü, 3 yaralı
27-11-2017, 07:23
Mərkəzi Afrika Respublikasında naməlum silahlılar BMT sülhməramlılarına hücum ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində bir Misirdən olan sülhməramlı həlak olub, digər 3 sülhməramlı isə yaralanıb.
Məlumata əsasən, hücum zamanı baş verən atışma nəticəsində hücum edənlərdən 5 nəfər öldürülüb.