Kanada sakini lotoreyada $4 milyon uddu 27-11-2017, 07:30 Kanadanın Ontario əyalətinin sakini məşhur milli "6/49" lotoreyasında 4 milyon dollar udub.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu uduşdan əlavə, daha bir şəxs 790 min dollar udub. Lakin bu uduşun sahibi hələki naməlumdur.Qeyd edək ki, Kanadanın "6/49" lotoreyası tarixində ən böyük uduş 49,5 milyon dollar təşkil edib. Bu uduş 2015-ci ildə oynanılıb. Facebook-da paylaş