"Şabat”-ın pozulduğuna görə səhiyyə naziri istefa verdi

27-11-2017, 07:53           
"Şabat”-ın pozulduğuna görə səhiyyə naziri istefa verdi
İsrailin səhiyyə naziri Yaakov Litzman istefa verib.
teref.az "Qafqazinfo” istinadən xəbər verir ki, "Yahadut Ya Tora” Partiyasının rəhbəri Yaakov Litzman "Şabat” adlandırılan gün (şənbə günü) dəmir yollarında təmir işlərinin aparılmasına icazə verildiyi üçün istefa verib.

Yəhudi ənənəsinə görə, "Şabat”da bir çox sahələrdə işləmək qadağan olunub.

Yaakov Litzmanın istefa verməsinə baxmayaraq, "Yahadut Ya Tora” Partiyası hakim koalisiyada qalmaqda davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru