Kriminalların “sxodka”sına basqın: 60 avtoritet saxlanıldı

27-11-2017, 07:54           
Kriminalların “sxodka”sına basqın: 60 avtoritet saxlanıldı
Ukrayna polisi 60 kriminal avtoriteti həbs edib.
Muxalifet.az xəbər verir ki, Ukrayna Milli Polisi xüsusi təyinatlıların da iştirak etdiyi əməliyyatın adı açıqlanmayan restoranda keçirildiyini bildirib. Operativ məlumata görə, burda avtoritetlər Kiyev və digər regionlardakı kriminal vəziyyəti müzakirə edirmiş. Müzakirədə iştirak edən bütün iştirakçılar polis idarəsinə aparılıb.
Saxlanılanların böyük əksəriyyəti əvvəllər bu və ya digər cinayətə görə məsuliyyətə cəlb edilən şəxslərdir. Axtarış zamanı bir neçə silah da ələ keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.