Dünya fəlakət qarşısında: Milyarder yardıma hazırdır

27-11-2017, 08:19           

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, iş adamı İlon Mask bəşəriyyətin fəlakət qarşısında olduğunu bildirib.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə o “Nyu Sientist” jurnalına müsahibəsində bildirib.

"Dünyada insan artımı getdikcə sürətlənir. Bu gələcəkdə böyük bir fəlakətə və qarşısıalınmaz vəziyyətə səbəb olacaq. Lakin hazırda bu çox az adamı narahat edir və ən təəssüfedici də budur", - Mask deyib.

Jurnal isə öz növbəsində planetin ən qlobal problemləri kimi sürətli qocalmanı və qida məhsullarına çıxışın məhdudlaşmasını göstərib.

İlon Mask bu problemin həlli üçün maliyyə yardımı ayırmağa hazır olub.

Biznesmen daha öncə bəşəriyyəti gözləyən problemlər arasında süni intellektin inkişafını göstərmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru