Los-Ancelesə KXDR-in nüvə zərbəsindən nə qədər insan həlak ola bilər? - Ekspertlər

27-11-2017, 13:38           

“National Interest” nəşrinin ekspertləri Stivens Texnoloji İnstitutunun proqramı vasitəsilə KXDR-in Los-Ancelesə nüvə zərbəsi endirəcəyi halda bunun hansı nəticələrə səbəb ola biləcəyini açıqlayıblar.

Ordu.az Politexpert.net istinadən xəbər verir ki, ABŞ nəşri tərəfindən planlaşdırılan ssenari üzrə şəhərə trotil ekvivalenti üzrə 250 kiloton gücü olan nüvə bombası düşüb.

Belə gücə malik bombanın partlayışından diametri 1000 metr olan alov şarı yaranır, zərbə dalğası isə bombanın düşdüyü yerdən 5 kilometr radiusda olan bütün binaları dağıda bilər. Həmin radiusda olan insanların sağ qalmaq şansı demək olar ki, olmayacaq. 7 kilometr radiusda olan insanlar isə 3-cü dərəcəli yanıqlar alacaqlar.

Ümumi olaraq partlayışdan milyona yaxın insan zərər çəkəcək. Şəhər mərkəzinin 378 min insanı həlak olacaq. 860 min insan isə müxtəlif dərəcəli xəsarət alacaqlar.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, Los-Ancelesə mümkün nüvə hücumunun nəticələri ABŞ-ın II Dünya Müharibəsində verdiyi itkilərlə müqayisə ediləcək dərəcədə oxşar olacaq.

Xatırladaq ki, daha öncə Ağ Ev KXDR-in nüvə hücumuna dair iki strategiya hazırlayıb. İlk strategiya Şimali Koreyanın nüvə və raket atəşi həyata keçirən sistemlərinə kiber hücumların edilməsini, ikinci isə KXDR raketlərinin sürətlənmə fazasını keçdikdən sonra qırıcı və PUA-lar tərəfindən vurulmasını nəzərdə tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.