Seul: ABŞ-Rusiya əlaqələri Koreya yarımadasında vəziyyətə təsir edə bilər

27-11-2017, 13:40           

“Rusiya və ABŞ arasında əlaqələrin yaxşılaşması Koreya yarımadasında vəziyyətin hər kəs üçün müsbət istiqamətdə inkişafına təsir edəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası prezidentinin xüsusi nümayəndəsi Son Yon Gil “Valday” beynəlxalq diskussiya klubunda 8-ci Asiya konferensiyasının açılış mərasimi zamanı çıxış edərkən bildirib.

“Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşması bütünlükdə Koreya yarımadası üçün müsbət siqnal olacaq. Münasibətləri bərpa etmək zəruridir”, - Son Yon Gil vurğulayıb.

O bildirib ki, Moskva ilə Vaşinqton arasında əlaqələrin yaxşılaşması raket-nüvə probleminin, həmçinin yarımadanın təhlükəsizlik, terrorizmlə mübarizə, həmçinin iqlimin dəyişməsi və digər məsələlərin həlli üçün zəruridir.

Son Yol Gilin fikrincə, Rusiya KXDR-in raket-nüvə iddiaları ilə əlaqədar olan cari böhranın həllində çox vacib rol oynaya bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.