İnteqrasiya adı ilə BİR MİLYARD OĞURLANDI - Dodon

27-11-2017, 17:43           
İnteqrasiya adı ilə BİR MİLYARD OĞURLANDI - Dodon
Şərq Tərəfdaşlığının son sammiti göstərdi ki, Moldovanın Avropa Birliyinin üzvü olması üçün heç bir şansı yoxdur.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı Moldova Prezidenti İqor Dodon yayıb. Onun sözlərinə görə, Moldova dosyesi AB-nin qayğıları yeşiyində ən aşağıda yerləşir:
“Son illər Moldovada kütləvi manipulyasiya kampaniyası aparılır və ölkənin AB-yə üzv olacağı insanlara sübut edilməyə çalışılır. Bu hadisə tez bir zamanda olmayacaq. Bu manipulyasiya AB-nin ciddi problemlərlə üzvləşdiyi, Brüsselin genişlənmək niyyətinin olmadığı bir zamanda aparılır. Avrointeqrasiya şüarı adı altında Moldova hökuməti 2009-cu ildən bəri bank sistemindən 1 milyard avro oğurlayıb, iqtisadiyyatdan qalan şeylərin hamısını məhv edib. Moldovanın AB-yə üzvlüyü üçün heç bir şansı yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru