Rusiya İstintaq Komitəsi Azərbaycan diaspor rəhbərinə zorakılıqla bağlı cinayət işi açıb

27-11-2017, 20:15           
Rusiya İstintaq Komitəsi Azərbaycan diaspor rəhbərinə zorakılıqla bağlı cinayət işi açıb
Rusiyanın Kazan şəhərində Azərbaycan diaspor rəhbəri Sərraf Kərimova zorakılıq edən mülki geyimli polis əməkdaşlarına qarşı cinayət işi başlanılıb.

Birləşmiş Dünya Azərbaycanlıları Birliyinin Tatarıstan Respublikası üzrə rəhbəri olan S. Kərimov APA-ya bildirib ki, cinayət işi Rusiya Federal İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə idarəsi tərəfindən açılıb.

Səlahiyyətlərindən sui-istifadə edərək zorakılıq əməli törədilməsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq davam edir. S. Kərimov qeyd edib ki, ona qarşı zorakılıq edən polis əməkdaşları iş üzrə dindirilir, hələlik saxlanılan yoxdur: “Hansısa insidenti səbəb göstərib mənə qarşı, sonra da şəhərdə yaşayan azərbaycanlılara qarşı təhdidlər, zorakılıqlar oldu. Burada ancaq öz gücümüzə haqqımızı bərpa edə bildik. İddiam üzrə şikayət təmin olunub və iş başlanıb. Nəticəsini gözləyirik”.

Qeyd edək ki, noyabrın 18-də Kazan şəhərinin Novo-Savinovskiy rayonunda mülki geyimli şəxslər S. Kərimovu zorla avtomobilindən düşürüblər, ona xəsarət yetiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru