Çində dəhşətli gəmi qəzası

27-11-2017, 22:59           
Çində dəhşətli gəmi qəzası
Çinin cənubundakı Quandun vilayətinin sahil sularında 2 yük gəmisinin toqquşması nəticəsində yaranan qəzada 12 nəfər ekipaj üzvü itkin düşüb.
Muxalifet.az xəbər verir ki, 5 min ton qum daşıyan gəmi təxminən bir o qədər də poladla yüklənmiş digər gəmi ilə toqquşandan sonra batıb. Batan gəmidən 2 ekipaj üzvü, habelə digər gəmidən 11 nəfər xilas edilib.
Hazırda itkin düşən ekipaj üzvlərinin axtarışları davam etdirilir. Axtarış işlərinə 30 xilasetmə gəmisi, bir helikopter və bir neçə digər növ gəmi cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru