Pentaqon İraq, Əfqanıstan və Suriyada yerləşdirilən hərbçilərin sayını açıqlayıb

28-11-2017, 07:29           
Pentaqon İraq, Əfqanıstan və Suriyada yerləşdirilən hərbçilərin sayını açıqlayıb
Hazırda İraq, Əfqanıstan və Suriya ərazisində ABŞ əsgərlərinin sayı 26 minə yaxındır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ müdafiə nazirliyinin hesabatında bildirilir.

Sentyabrın 30-a olan məlumata əsasən, İraqda 8 892, Suriyada 1 720, Əfqanıstanda isə 15 298 əsgərin olduğu göstərilir. Rəqəmlər nazirliyin hər rüb apardığı hesabat çərçivəsində açıqlanıb.

Dünya üzrə ABŞ-ın ən iri hərbi kontingenti Yaponiya (45 minə yaxın əsgər), Almaniya (36 min) və Cənubi Koreyada (25 minə yaxın) yerləşdirilib. Ümumilikdə xarici ölkələrdə yerləşdirilən ABŞ hərbçilərinin sayı 257, 3 min nəfər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru