İŞİD Misirdə dövlət qurur – ŞOK İDDİA

28-11-2017, 08:03           
İŞİD Misirdə dövlət qurur – ŞOK İDDİA
İraq və Suriyadan sonra Misirdə də dəhşətli terror aktları törədən İŞİD yeni dövlət qurmaq üçün bu dəfə də bu ölkəni hədəf seçib.
Publika.az xəbər verir ki, dövlət kimi fəaliyyət göstərməyə çalışan dəstə Misirin Sinay bölgəsindəki məsciddə arasında 27 nəfər uşaq olmaqla 306 nəfərin ölümü ilə nəticələnən terror həyata keçirdi.
Misir höküməti qeyd edir ki, 3 ildir bu bölgələrdə İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlara baxmayaraq, yaşanan vəziyyət son dərəcədə dəhşətlidir. İŞİD bu müddət ərzində ölkənin yerli təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı onlarla hücum təşkil edib.
İŞİD-in regiondakı yeni hədəfi Misirdir deyən rəsmilər terror hücumlarından əlavə, gündüz vaxtı naməlum şəxslərin yol kəsib nəzarəti ələ aldığını da qeyd edir. Təşkil edilən hücumlarla bölgədəki vəziyyəti Suriya və İraqdakı səviyyəyə çatdırmaq istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru