5 YAŞINDA EVLƏNMƏK İSTƏDİ: XƏYALLARI GERÇƏK OLDU

28-11-2017, 08:08           

Anası riskli əməliyyatdan öncə qızından ən çox nə istədiyini soruşub

Hər qızın xəyallarından biri evlənməkdir. Sofiyada onlardan biridir, cəmi 5 yaşı var. Sofiya Çiappalon demək olar, anadan olandan yaşamının çoxunu xəstəxanalarda keçirib.


"Sherg.az”ın xarici mətbuata istinadən məlumatına görə, həkimlər genetik ürək qüsuru ilə dünyaya gələn Sofiyanın ailəsinə ən çox 2 yaşına qədər yaşaya biləcəyini deyib. Qısa həyatında bir çox əməliyyat keçirən balaca Sofiyanın vəziyyəti pisləşdiyi üçün dördüncü açıq ürək cərrahiyyə əməliyyatına hazırlaşır.


Anası isə bu riskli əməliyyata girməmişdən öncə qızından ən çox nə istədiyini soruşub. Sofiya, bir şahzadə kimi ən yaxın dostu Hunter ilə evlənmək istədiyini deyib. Sofiyanın anası Kristi bu istəyin ardınca Hunterin ailəsinə vəziyyəti danışıb və foto çəkilişi üçün icazə alaraq, qısa müddət ərzində fotosessiya etdirib. Ana duyğularını belə ifadə edib: "Gözlərim yaşlı ola-ola Sofiyanın çəkilişə hazırlanmağını seyr etdim. Çox pis haldır. Bu bəlkə də qızımı gəlinlikdə görəcəyim son andır”.
Aysel












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru