Səudiyyə Ərəbistanında QADIN ŞAHZADƏLƏRİN HƏBSİ BAŞLANDI
28-11-2017, 17:49

Səudiyyə Ərəbistanının şahzadələrinin həbs olunması hadisəsindən sonra indi qadın şahzadələri nəzarətə almağa başlayıblar.
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman korrupsiya araşdırması adı altında şahzadələrin həbsindən sonra kral ailəsinin şahzadə qızlarının də nəzarətə alınma prosesinin başlanıldığı bildirilib. Kral ailəsinin qadın şahzadələrinin də başqa bir oteldə nəzarətə alındığı qeyd edilib.
Bundan əvvəlki kral Abdullah bin Əbdüləzizin Fransaya sığınan oğlu Abdulaziz bin Abdullahdan başqa, bütün oğullarının həbs olunduğu, indi də qızlarının həbs olunmağa başlandığı qeyd edilib.
Abdullah bin Abdulaziz və Sultan bin Abdulazizin həbs olunan övladlarının Vəliəhd Şahzadə Məhəmməd bnn Salmanın idarəçiliyinə qarşı olduqları bildirilib.
Nəzarətdə saxlanılan şahzadələrin xəstələnmələri halında çölə çıxmamaları üçün saxlandıqları otelin zirzəmisinin xəstəxana halına gətirildiyi və bunun üçün lazımi hazırlıqların görüldüyü qeyd olunub.
Nəzarətdə saxlanılan şahzadələrin qaldıqları mehmanxanada qapıların və pəncərələrin dəyişdirildiyi və təhlükəsizlik tədbirlərinin artırıldığı ifadə edilib.