İsrail Ordusu açıq-aşkar Hizbullah liderini hədəf aldı

28-11-2017, 18:09           

İsrail Ordusunun sözçüsü general Ronen Manelis hədəflərinin Hizbullah lideri Həsən Nasrallahın olduğunu açıqlayıb.

“A24.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ronen Manelis bir sonrakı savaşda hədəflərinin kim olduğunu açıq şəkildə bəyan edib.

Manelis “Livanla İsrail arasında ortaya çıxa biləcək savaşda dəqiq qalibiyyət olmayacaq, ancaq Nasrallahın hədəf olduğu açıqdır” deyib.

Livanın “Daily Star” qəzetinin yazdığı xəbərə görə, İsrailin tanınmış qəzetlərindən biri olan “Haaretz”də yazılanlara görə, İsrail Ordusunun Sözcüsü general Ronen Manelis Hizbullah lideri Hasan Nasrallahla bağlı açıqlamalar verdiyini bildirib.

Məlumata görə, sözçü Manelis İsrail ordusunun sosial media yolu ilə psixloji savaşa girdiyini açıqlayarkən bunları deyib: “Bu həftə ərzində digər tərəfdə qarışıqlıq taradan çoxlu sayda hərəkətə keçdik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru