Neftin qiyməti OPEC + sazişinin uzadılması ilə bağlı qeyri-müəyyənlik fonunda aşağı düşür

29-11-2017, 08:20           
Neftin qiyməti OPEC + sazişinin uzadılması ilə bağlı qeyri-müəyyənlik fonunda aşağı düşür
Neftin qiyməti çərşənbə axşamı hasilatın azaldılmasına dair OPEC+ sazişinin müddətinin gözlənilən uzadılması ilə bağlı qeyri-müəyyənlik fonunda düşməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə 23.14-ə olan məlumata görə, "Brent" markalı neftin fevral fyuçersləri 0,17 faiz ucuzlaşaraq bir barel üçün 63,27 dollar təşkil edib.
WTI markalı yüngül neftin dekabr fyuçersləri 0,14% ucuzlaşaraq bir barelə görə 58,03 dollara düşüb.
Bazarlar OPEC+ daxil olan və olmayan ölkələrin nümayəndələrinin bəyanatlarına belə reaksiya veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru