Məhkəmə 14 yaşlı qızla cinsi əlaqəni qanuni hesab etdi

29-11-2017, 09:01           
Məhkəmə 14 yaşlı qızla cinsi əlaqəni qanuni hesab etdi
Fransada 14 yaşlı şagirdi ilə intim münasibətdə olan orta məktəb müəllimi şərti azadlıqdan məhrum edilib.
Bu haqda “The Telegraph” nəşri bildirib.
Nəşr yazır ki, ötən gün Fransa qanunvericiliyinə edilən dəyişikliyə əsasən, ölkədə seksual münasibətlərdə yaş həddi 13 yaşa endirilib. Bu o deməkdir ki, 13 yaşa qədər qızların cinsi əlaqəyə girməsi qanunla tənzimlənəcək. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, prokuror məhkəmədə riyaziyyat müəlliminə qarşı olduqca mülayim davranıb və bunu sevgi münasibətləri çərçivəsində qiymətləndirib.
Xatırladaq ki, müəllim şagirdi ilə “İnstaqram”da ünsiyyət saxlayaraq münasibət qurublar və daha sonra qızın razılığı ilə cinsi əlaqədə olublar. 14 yaşlı qız polisə ifadəsində şikayətçi olmadığı və müəllimi ilə bir-birlərini sevdiklərini deyib.
Qızın ailəsi isə məhkəmədən müəllimi ən ağır şəkildə cəzalandırılmasını tələb edib(publika.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru