Tarixdəki ən böyük cəzalardan biri verildi

29-11-2017, 09:20           

ABŞ-da uşaqları qaçıraraq fahişəliyə məcbur edən cinayətkar dəstənin lideri Brok Franklinə tarixdəki ən ağır cəzalardan biri verilib.

teref.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kolorado ştatında tutulan Franklin 30 ayrı cinayətdən hakim qarşısına çıxıb.

Məhkəmə Franklinə 472 il həbs cəzası verib. Bu, ən uzunmüddətli cəzalardan biri kimi tarixə düşüb.

7 nəfərlik dəstənin 4 üzvü tutulub. Digər 3 cinayətkarın axtarışı davam etdirilir.

Tarixdə ən ağır cəzalardan bir neçəsini təqdim edirik:

150 il – Bernie Madoff (saxtakarlıq, 2009-cu il)

835 il – Şalom Veys (saxtakarlıq, 2000-ci il)

957 il – Cefri Dahmer (silsilə cinayətlər, 1992-ci il)

1000 il – Peter Mallori (uşaqları istismar etmək, 2013-cü il)

1000 il – Ariel Kastro (girov götürmə, təcavüz, 2013-cü il)

10 min il və 2 dəfə ömürlük həbs – Dadli Ueyn Kayzer (üç ağır cinayət, 1970-ci illər)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru