Məhkəmədə zəhər içən general öldü: VİDEO

30-11-2017, 00:39           

Haaqa tribunalının iclası zamanı zəhər içən xorvatiyalı general Slobodan Pralyak ölüb.

PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, Pralyak 2013-cü ildə günahkar bilinərək 20 il azadlıqdan məhrum olunub.

Noyabrın 29-da apelyasiya komissiyası hökmün qüvvədə saxlanılması haqda qərar çıxarıb.

Qərar elan olunanda xorvatiyalı general ayağa qalxaraq özü ilə gətirdiyi naməlum məhlul içib.

Pralyak bundan sonra zəhər içdiyini bəyan edib.

Hakim dərhal dinləmələrin dayandırıldığını elan edib, Pralyak üçün təcili yardım çağırılıb.

Pralyak xəstəxanaya aparlsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
[media=https://www.youtube.com/watch?v=2lMS3Bz5xg4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru