Trampın paylaşdığı QALMAQALLI VİDEOLAR

30-11-2017, 00:54           

ABŞ prezidenti Donald Tramp radikal sağçı "Britain First" siyasi hərəkatının lideri Cayda Fransenin müsəlmanların əleyhinə paylaşdığı video görüntüləri öz şəxsi "Tvitter" hesabında paylaşaraq dəstəkləyib.
Publika.az xəbər verir ki, prezident ard-arda paylaşdığı videolarda islamı pisləyib. Video görüntülərdə müsəlman miqrantın yerli sakinlərdən birini döydüyünə dair kadrlar yer alır.
İkinci videoda "Bakirə Məryəm" heykəlini parçalayan müsəlman, üçüncü görüntülərdə isə intihar anı əks olunur.
ABŞ prezidenti hicablı qadına təcavüz ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuş Cayda Franseni islamı təhqir etdiyi görüntüləri paylaşaraq bir növ dəstəklədiyini nümayiş etdirib.
Könül Cəfərli














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru