Meksika:şəhər küçələrində içərisinə insan başları qoyulmuş soyuducular tapılıb

30-11-2017, 00:56           

Meksikada naməlum şəxslər Qvadalahara şəhərinin müxtəlif rayonlarına insan qalıqları ilə dolu soyuducular qoyub.

Azərtac xəbər verir ki, “Proceso” jurnalının məlumatına görə, içərisində iki insan başının olduğu soyuduculardan biri Televisa Guadalajara telekanalının qarşısına qoyulub.

Həmçinin soyuducularda təhdidlə dolu qeydlər aşkarlanıb. Onlardan biri yerli hakimə, digəri isə Halisko ştatının polis rəisinə ünvanlanıb. Hər iki məktub ştatda fəaliyyət göstərən “Halisko – Yeni nəsl” narkokartelinin adına uyğun gələn C.J.N.G inisialları ilə imzalanıb.

Bu kartel Meksikada fəaliyyət göstərən ən iri cinayətkar dəstələrdən biridir. 2015-ci ildə onun üzvləri Qvadalahara şəhərinə hücum etmiş və hərbi helikopteri vurmuşdular.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru