ABŞ-ın xam neft ehtiyatları proqnozdan çox azalıb

30-11-2017, 11:07           

ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,4 milyon barel azaldığı bildirilib.


ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına görə, ölkədəki kommersiya xam neft ehtiyatları ötən həftə 3,4 milyon barrel azalaraq 453,7 milyon barrelə enib. "Marja" xəbər verir ki, bazarlarda ehtiyatların 2,3 milyon barrel azalması gözlənilirdi (proqnoz).

EIA məlumatlarının Amerika Neft İnstitutunun (API) dünən açıqladığı rəqəmlərlə zidd olması diqqəti çəkib. API, neft ehtiyatlarının ötən həftə 1,8 milyon artdığını bildirmişdi.


Digər tərəfdən, EIA hesabatında, neft bazalarına daxil olmayan strateji xam neft ehtiyatlarının ötən həftə 2,4 milyon barrel (0,4 faiz) azalaraq 665,1 milyon barrelə düşdüyü qeyd edilib.


Həmçinin hesabat, ABŞ-ın həftəlik benzin ehtiyatlarının 3,6 milyon barel artaraq 214,1 milyon barelə qalxdığını göstərib.


Benzin ehtiyatlarına dair bazar gözləntisi isə 1,2 milyon barel artması istiqamətində idi.
marja.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru