YPG sıralarında öldürülən Britaniya muzdlularının sayı 7-ə çatıb

1-12-2017, 00:15           
YPG sıralarında öldürülən Britaniya muzdlularının sayı 7-ə çatıb
Terrorçu PKK təşkilatının Suriya qolu olan YPG sıralarında öldürülən Britaniya vətəndaşlarının sayı 7 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “BBC” xəbər verib.

Xəbərdə bildirilir ki, 24 yaşlı Oliver Holl Rakkada ərazini minalardan təmizləyərkən həlak olub. Daha əvvəl Ceym Holms (24 yaş), Mehmet Aksoy (32 yaş), Lyuk Ratter (22 yaş), Rayan Lok (20 yaş), Din Karl Evans (22 yaş) və Kondininos Erik Skurfild (25 yaş) terror təşkilatı sıralarında öldürülüblər.

Qeyd edək ki, Britaniya 2001-ci ildə PKK-ı terror təşkilatları siyahısına salıb. Lakin YPG terror strukturu siyahısına daxil edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru