“Tillerson Dövlət Departamentinə rəhbərliyi davam etdirir” – Ağ Ev

1-12-2017, 00:16           
“Tillerson Dövlət Departamentinə rəhbərliyi davam etdirir” – Ağ Ev
Reks Tillerson ABŞ-ın dövlət katibi vəzifəsində qalır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
“Prezidentin (ABŞ prezidenti Donald Tram – red) dediyi kimi, Reks burdadır. Dövlət katibi Tillerson Dövlət Departamentinə rəhbərliyi davam etdirir və bütün kabinet prezident Trampın idarəetməsinin inanılmaz birinci ilini tamamlanması ətrafında cəmlənib”, – deyə Ağ Evin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl “The New York Times” mənbəyə istinadən Trampın Tillersonu vəzifədən azad edəcəyi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, prezident onu MKİ-nin rəhbəri Mayk Pompeo ilə əvəzləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru