Özünü sahibsiz ərazinin kralı elan etdi
1-12-2017, 01:11

Hindistan sakini Suyaş Diksit özünü Misir və Sudan arasındakı Bir-Tavil torpağının kralı elan edib.
PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, adıçəkilən ölkələr ona qarşı iddia qaldırmaqdan imtina ediblər.
Bu ərazi 2060 kvadrat kilometrdir.
“Mən, Suyaş Diksit taxta və krallığın müdafiəsinə iddialıyam, özümü “Diksit Krallığının” kralı elan edirəm.
Bu gündən özünü kral Birinci Suyaş elan edirəm. Mən bu andan və həmişəlik heç kimə məxsus olmayan Bir-Tavil torpağlnı öl ölkəm elan edirəm. And içirəm ki, ölkəmin, xalqın və torpağın rifahı üçün işləyəcəyəm”, - kişi bəyan edib.
Diksitin sözlərinə görə, misirli hərbçilərin mühafizə etdiyi marşrutla hərəkət edir.
Ərazidə çox sayda terrorçu olduğundan hərbçilərin xəbərdarlıq etmədən atəş açmaq əmri var.
O, Misir sərhədini keçməkdən ötrü hərbçilərdən icazə istəyib. Onu hərbi obyektlərin şəklini çəkməmək, həmin gün geri qayıtmaq və bütün qiymətli əşyalarını keçirməmək şərtilə buraxıblar. O belə də edib.
Diksit öz qohumlarını baş nazir və həbri nazirliyin rəhbəri elan edib, atasını isə ad günü şərəfinə prezident təyin edib.
Kral xarici investisiya və vətəndaşlığa müraciətlə bağlı sayt hazırlayıb. O, BMT-yə də müraciət etmək niyyətindədir.
Hindistanlı qeyd edib ki, o, Bir-Tavilə gələn ilk adam deyil.
“Mən bilirəm ki, 5-10 nəfər bunu keçmişdə edib, ancaq bura mənim torpağımdır. Əgər onlar onu qaytarmaq istəsələr, aramızda müharibə olacaq”, - kral vurğulayıb.
Diksitə qədər 2015-ci ildə amerikalı Ceremi Kiton bu əraziyə hüququ olduğunu açıqlayıb.
O, ərazini Şimali Sudan Krallığı adlandırıb və öz qızını şahzadə etmək istəyib.
Həmin il rusiyalı Dmitri Jixarev bəyan edib ki, Kintonun Bir-Tavildə olmasını sübut edəcək fakt yoxdur və özünü kral elan edib.