Barselonada minalanmış avtomobil partladılıb. "Report" xəbər verir ki, bu barədə "Vanguardia" qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisə zamanı 1 sakin ölüb. Polis partlayışın terror hadisəsi olmadığını güman edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edir ki, partlayış kriminal dairələr arasındakı qarşıdurma ilə əlaqədardır.