ABŞ-ın Delaver ştatında zəlzələ olub. "Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb. Zəlzələ 4,4 bal gücündə olub. RİA "Novosti" isə zəlzələnin 5,1 bal gücündə olduğunu xəbər verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilmir.