OPEK-in yeni prezidenti bəlli olub

1-12-2017, 09:10           
OPEK-in yeni prezidenti bəlli olub
OPEK-in yeni prezidenti BƏƏ-nin energetika naziri Süheyl əl Məzrui olacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falix bildirib.

Süheyl əl Məzrui OPEK-in prezidenti vəzifəsini 2018-ci ilin yanvarın 1-dən icra etməyə başlayacaq.

Qeyd edək ki, OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini 9 ay artıraraq 2018-ci ilin sonunadək uzadıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.