Dünyanın ən böyük neft yataqlarından biri kəşf edildi

1-12-2017, 17:35           

Çinin neft-qaz şirkəti “PetroChina” dünyanın ən nəhəng neft yataqlarından birini aşkar edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, yataq Çinin Sintszyan-Uyğur muxtar rayonunda tapılıb. Yatağın geoloji ehtiyatları 1,24 mlrd ton olaraq qiymətləndirilir. Bu həcmin 520 milyon tonu təsdiq edilmiş ehtiyatdır. Kəşf edilmiş ehtiyatlar artıq ABŞ-da (Alyaska ştatında) Hemlok yatağı və Braziliyanın Kampus neft-qaz hövzəsindən daha nəhəngdir.

Yeni yataq Ma gölü ətrafında tapılıb. Burada 1990-cı illərdən kəşfiyyat işləri aparılır. İndi belə nəhəng yatağın kəşfi nəzərə alınaraq kəşfiyyat işlərinin tempi sürətləndirilə bilər.

Geoloqlar hesab edirlər ki, ərazidə ehtiyatı 1 milyard tondan artıq daha bir yataq tapıla bilər.

Qeyd edək ki, Çində Datsinsk neft-qaz yatağı ehtiyatlarına görə ən böyük mənbədir. 1959-cu ildə kəşf edilən bu yatağın ehtiyatları 5,7 milyard ton təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru