Trampın BAŞI DƏRDDƏ: Keçmiş məsləhətçisi “Rusiya işi”ndə ilişdi - FOTO

2-12-2017, 01:02           

ABŞ-ın xüsusi prokuroru Robert Müller ABŞ prezidenti Donald Trampın milli təklükəsizlik üzrə keçmiş məsləhətçisi Maykl Flinni FTB-yə Rusiyanın rəsmi şəxsləri ilə görüşləri haqqında yanlış ifadələr verməkdə ittiham edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Müller tərəfindən imzalanmış sənəddə deyilir.
“Maykl Flinn şüurlu şəkildə və qəsdən uydurulmuş və saxtalaşdırılmış informasiyalar verib”, - xüsusi prokuror bildirib.
Eyni zamanda Amerika KİV-inin yazdığına görə, Flinn öz günahını etiraf edib.
ABC telekanalı isə xəbər verib ki, Flinn Trampa qarşı ifadə verməyə hazırdır.
Kanalın məlumatına görə, Flinn Müllerin komandası ilə tamamilə əməkdaşlıq etməyə söz verib. Keçmiş məsləhətçi həmçinin Donald Trampın prezidentliyə namizəd olduğu dövrdə ona "ruslarla əlaqə qurmaq" üçün tapşırıq verdiyi barədə ifadə verməyə hazırdır

Trampın BAŞI DƏRDDƏ: Keçmiş məsləhətçisi “Rusiya işi”ndə ilişdi - FOTO
Qeyd edək ki, Flinn bu ilin fevralında istefaya gedib. O, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla danışıqların məzmununu tamamilə açıqlamamaqda ittiham olunub. KİV iddia edirdi ki, Trampın məsləhətçisinin danışıqları Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı idi. Flinn bunu inkar edirdi. Kreml Flinn və Kislyakın görüşdüyü faktını qəbul edib, lakin bildirib ki, görüşlərdə sanksiyaların ləğvi məsələsi müzakirə olunmayıb.
Flinnin rus səfiri ilə görüşləri 2016-cı il 22 və 29 dekabr tarixlərində keçirilib. Tramp 20 yanvar 2017-ci ildə prezident kürsüsünə oturduğu üçün onun məsləhətçisinin belə görüşləri keçirmək səlahiyyəti yox idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.