KİV: İsrail İranın Suriyadakı hərbi bazasını bombalayıb

2-12-2017, 11:21           
KİV: İsrail İranın Suriyadakı hərbi bazasını bombalayıb
İsrail qırıcıları İranın Suriyadakı hərbi bazasını bombalayıb.
“Report” İsrailin “Haaretz” qəzetinə istinadən xəbər verir ki, hücuma məruz qalan hərbi baza ölkə paytaxtı Dəməşqdən 13 kilometr aralıda, əl Kisvayada yerləşir.
Bombalamdan sonra ərazidən güclü partlayış səsləri eşidilib. Partlayışdan sonra bölgədə elektrik enerjisi kəsilib.
Məlumata görə, BMT-nin tanığıdı Suriya hökumətinə məxsus hərbçilər İsrail qırıcısına cavab atəşi açıblar.
Hadisə ilə bağlı İran və Bəşşar Əsəd qüvvələri tərəfindən hələlik hər hansı açıqlama verilməyib. İsrail rəsmiləri də hücumla bağlı açıqlama verməkdən imtina ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru