«Ukrayna Pravoslav kilsəsi bir daha Moskva patriarxlığına qayıtmayacaq» – Patriarx Filaret

2-12-2017, 21:27           
«Ukrayna Pravoslav kilsəsi bir daha Moskva patriarxlığına qayıtmayacaq» – Patriarx Filaret
Ukrayna Pravoslav kilsəsinin başçısı patriarx Filaret bəyan edib ki, Ukrayna Pravoslav kilsəsi bir daha Moskva patriarxlığına qayıtmayacaq.

Buna baxmayaraq, Kiyevdə Moskva ilə sülh dialoqu istəyirlər. Bunun üçün də şəxsən patriarx Kirilə məktub yazıblar. Bunları Kiyev patriarxlığının başçısı Filaret yazıb.

«Mən, belə bir müraciət yazmışam. Və həmin müraciətdə qeyd etmişəm ki, biz Rusiya Pravoslav kilsəsi ilə barışa can atırıq. Bu barış xatirinə mən, həmin müraciəti yazdım. Allah bizə dövlət verib və Allah bizə dövlət veribsə, bu dövlətdə müstəqil dövlət kilsəsi olmalıdır. Bu – aksiomdur» – Filaret bəyan edib.

Moskva Arxiyerey kilsəsi bu müraciəti qəbul edib və onu pravoslav kilsəsinin parçalanmasının qarşısını almaq uğrunda atılmış bir addım hesab edir.
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.