Putin xaricdə yaşayan Rusiya vətəndaşlarının müdafiəsi haqqında sərəncam imzalayıb

2-12-2017, 21:31           
Putin xaricdə yaşayan Rusiya vətəndaşlarının müdafiəsi haqqında sərəncam imzalayıb
Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə ölkə xaricində yaşayan Rusiya vətəndaşlarının hüquqi müdafiəsini təmin etmək üçün qurumlararası işçi qrupu yaratmağı tapşırıb.
“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Kremlin saytında yerləşdirilən sənədin mətnində işçi qrupuna həm də qeyri-kommersiya təşkilatlarının üzvlərinin daxil edilməsi göstərilib. Bununla bağlı görüləcək işlər 2018-ci il martın 30-a qədər yekunlaşmalıdı. Sərəncamın icrasına nəzarət xarici işlər naziri Sergey Lavrova tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru