Çində pilotsuz avtobuslar fəaliyyətə başladı

3-12-2017, 02:32           

Çində 4 pilotsuz avtobus Quandun əyalətinin Şençjen şəhərində yoxlama rejimində sərnişin daşımaları həyata keçirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Məlumata görə, pilotsuz avtobuslar ölçülərinə əsasən adi sərnişin avtobusları ilə eynilik təşkil edir. 1.2 kilometrlik 3 dayanacaqlı marşrut xətti boyunca pilotsuz avtobusların sürəti saatda 10 kilometrlə 30 kilometr arasında dəyişir.

Avtobus müxtəlif lazer sensorları, kameralar və GPS antenaları ilə təchiz olunub. Avtobus həmçinin piyada keçidi, avtomobil, səkilərlə toqquşmaqdan yayınma, hərəkət xəttini dəyişmə və təyin olunmuş yerdə dayanma imkanlarına malikdir.

Qeyd edək ki, sərnişinlərin təhlükəsizliyi nəzərə alınaraq avtobusda hər ehtimala qarşı sürücü də olur. Onların vəzifəsi fövqəladə vəziyyətlər olacağı halda avtobusu avtomat rejimdən çıxarmaq və tormozlama sistemini işə salmaqdan ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru